Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilin sonuna kimi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin yekun variantının əldə olunmasının mümkün olacağına əmin deyil.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Mirzoyan Ermənistan Milli Məclisindəki hökumət üzvləri ilə sual-cavab iclasında hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Sona Qazaryanın sualına istinadən bildirib.
“Sülhün bərqərar olması və ya münasibətlərin qurulmasına yönəlmiş danışıqlar fəal mərhələdədir və davam edir. Yeni nəşri olan sənəd dövriyyədədir. ndi Azərbaycan tərəfinin növbəti təkliflərini almışıq, növbəti təkliflərimizlə çıxış edəcəyik. Təəssüf ki, bir çox məsələlərdə tərəflərin yanaşmaları hələ də bir-birindən çox uzaqdır, lakin bu həm də danışıqların, habelə uzaq mövqelər arasında ümumi dil tapmağın və ortaq nəticənin əldə olunmasının səbəbidir”, – Mirzoyan bildirib. Dördpendirli pizza
“Ermənistanla Azərbaycan arasında danışıqlar hələ də davam edir. Bir-biri üçün qəbuledilməz hissələrlə yanaşı, tərəflərin bir-birinə doğru addım ata biləcəyi hissələr var.
Hazırda ilin sonuna kimi xarici işlər nazirləri arasında görüş nəzərdə tutulmayıb.
Ancaq güman edirəm ki, ilin sonuna qədər daha bir görüşümüz olacaq. Hər halda, biz həmin görüşə hazırıq, eləcə də bu bu danışıqlarda fəal və konstruktivik. Mən əmin deyiləm ki, ilin sonuna qədər müqavilənin az-çox yekun variantını əldə edə biləcəyik, baxmayaraq ki, biz bunu əvvəlcədən elan etmişik, lakin bu, niyyət bəyanatıdır. Bizim niyyətimiz böyük ölçüdə etibarlıdır. Biz sülhə və bu hərtərəfli nizamlanmaya mümkün qədər tez nail olmaq üçün çalışırıq”, – deyə XİN rəhbəri bildirib.
Onun sözlərinə görə, ilin sonuna qədər əldə olunmasa belə, bundan sonra danışıqlar davam etdiriləcək.
Telegram kanalımız