“Mirzoyanın Yunanıstan qəzetinə verdiyi müsahibə təxribatdır” - Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Mirzoyanın Yunanıstan qəzetinə verdiyi müsahibə təxribatdır” - Politoloq

Siyasət

10 İyul 2022 12:43 1537


"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yunanıstanın "Kathimerine" qəzetinə müsahibəsində Azərbaycanın və Türkiyənin ünvanına bir sıra ittihamlar səsləndirib, ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan ənənəvi sərsəmləmələrini davam etdirib".

Yenisabah.az xəbər verir ki, bunu plitoloq Elçin Mirzəbəyli qeyd edib.

Politoloq bildirib ki, Ararat Morzoyanın mövcud olmayan "Dağlıq Qarabağ" və digər, təfərrüatına varmaq istəmədiyim iddialarında təəccüblü heç nə yoxdur. Marqarita pizza

"Amma Ararat Morzoyanın, mütəmadi olaraq, Azərbaycanın ictimai rəyinə müsbət mesajlar ötürməyə çalışan Trans Adriatik qaz boru kəməri üzrə tərəfdaşımız Yunanıstanın "Kathimerine" qəzetində yayımlanan müsahibəsi informasiya təxribatdır və Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunmasına maneə yaratmaq məqsədi daşıyan bir yanaşmadır".

"Maraqlıdır, görəsən ilin-günün bu vaxtında, Cənubi Qafqazda Yunanıstanın adını kimsənin xatırlamadığı bir zamanda, rəsmi Afinanın regional ziddiyyətlərin və sosial-iqtisadi problemlərin girdabında boğulduğu bir zaman kəsiyində Ararat Morzoyanın sərsəmləmələrinin yayımlanması hansı ehtiyacdan yaranıb? Bəlkə rəsmi Afina Morzoyanın vasitəsilə Yunanıstan-Ermənistan-Cənubi Kipr zirvəsinin keçiriləcəyini anons etdirməklə təbii qaz böhranının daha da dərinləşəcəyi ehtimalını gözə alaraq, umacaqlarını diqqətə çatdırmaq istəyir?

Hər halda son proseslər də sübuta yetirir ki, bəzi ölkələr "kəmərləri sıxılanda" daha realist olurlar…", - deyə E.Mirzəbəyli şərhini tamamlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!