“Mişa Çeçen“ Ukraynada öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

“Mişa Çeçen“ Ukraynada öldürüldü

Dünya

20 Aprel 2022 12:58 558


Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) qondarma Luqansk Xalq Respublikasının “daxili işlər naziri”, “general mayor” İqor Korneti həbs edib. 

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, İqor Kornet hazırda Rusiya FTX-nin Rostov-na-Dondakı istintaq təcridxanasında saxlanılır. Pepperoni pizza

"General mayor”un həbsi qondarma respublikanın “siyasi rəhbərliyi” və “güc strukturlarında” kəskin etirazla qarşılanıb. “LXR”ın başçısı Leonid Paseçnik onun sərbəst buraxılması istiqamətində fəaliyyət göstərir.

Həbsin səbəbi barədə məlumat yayılmayıb.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələri aprelin 19-da Luqansk separatçılarının silahlı dəstələrinin rəhbərlərindən biri, “Mişa Çeçen” ləqəbi ilə tanınan "polkovnik-leytenant" Mixail Kişşiki məhv edib. Bildirilib ki, o, Luqansk vilayətinin Kremennoy şəhəri yaxınlığındakı döyüşlərdə öldürülüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!