Mişel Obama “Qremmi” mükafatı aldı

saytların hazırlanması

Evə çatdırılma

Mişel Obama “Qremmi” mükafatı aldı

Mədəniyyət

27 Yanvar 2020 08:32 1119


Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Barak Obamanın xanımı Mişel Obama “Qremmi” mükafatı alıb.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq birinci xanım musiqi mükafatlarının 62-ci təqdimetmə mərasimində “Ən yaxşı danışıq albomu” nominasiyasında buna layiq görülüb. 

Mişelin xatirələr kitabı 2018-ci ilin noyabr ayında nəşr olunub. Artıq ilk günlərdə nəşrin 1,4 milyondan çox nüsxəsi çap və rəqəmsal formada satılıb. Sezar pizza

Qeyd edək ki, 56 yaşlı Mişel Barak Obama ilə 1992-ci ildə ailə həyatı qurub. Cütlüyün iki qız övladı var.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!