Misir də DÇ-2026-ya vəsiqə qazandı

saytların hazırlanması

Evə çatdırılma

Misir də DÇ-2026-ya vəsiqə qazandı

İdman

09 Oktyabr 2025 09:32 535


DÇ-2026-nın seçmə mərhələsinin 9-cu turunda Misir millisi Cibutini 3:0 hesabı ilə məğlub edib. 

Yenisabah.az xəbər verir ki, bu qələbə ilə Misir A qrupunda liderliyini təmin edərək mundiala vəsiqə qazanıb.

Oyunda ilk qolu 8-ci dəqiqədə İbrahim Adel vurub. “Liverpul”un hücumçusu Məhəmməd Salah isə 14-cü və 84-cü dəqiqələrdə fərqlənməklə dubla imza atıb.  pizza hut

Misirdən əvvəl Afrikadan DÇ-2026-nın final mərhələsinə vəsiqəni Mərakeş və Tunis də qazanıb.

2026-cı il dünya çempionatında ümumilikdə 48 milli komanda iştirak edəcək və onlar dörd komandalı 12 qrupa bölünəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!