“Azərbaycan Hava Yolları” (AZAL) QSC "PAŞA Travel" MMC ilə birlikdə Misirin Şarm əş-Şeyx şəhərinə çarter reyslərinin sayını artıracaq.
Yenisabah.az xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.
Məlumata görə, noyabrın 4-dən Bakıdan Şarm əş-Şeyxə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək. pizza sifarişi
Aviabiletləri www.azal.az saytından, AZAL mobil tətbiqi vasitəsilə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.
Misirə turlar Azərbaycanın bütün turizm agentliklərində də satışa çıxarılır.
Telegram kanalımız