Misli Premyer Liqasında 29-cu tura start verilir

saytların hazırlanması

Evə çatdırılma

Misli Premyer Liqasında 29-cu tura start verilir

İdman

25 Aprel 2026 09:06 227


Bu gün Misli Premyer Liqasında 29-cu tur start götürəcək. 

"Yeni Sabah" xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. 

Turun açılış matçında “İmişli” Qubada “Sumqayıt”ı qəbul edəcək. Bu komandalar arasında ilk dövrədəki oyunda “İmişli” 1:0 hesablı qələbə qazansa da, reqlamenti pozduğu üçün qonaqlara texniki qələbə verilmişdi.

İkinci dövrənin görüşündə də sevinən sumqayıtlılar olmuşdular - 1:0. Hazırda turnir cədvəlində “Sumqayıt” 35 xalla 7-ci, “İmişli” isə 29 xalla 9-cu pillədə qərarlaşıb. 

Günün digər matçında isə “Qəbələ” doğma divarlar arasında “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Hazırda Naxçıvan klubu 39 xalla 6-cı, “qırmızı-qaralar” isə 19 xalla 11-ci yeri tutur. Cari mövsüm bu komandaların qarşıdurmasında tərəflər hərəyə bir qələbə qazanıblar. Hər iki görüşdə 2:1 hesabı qeydə alınıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!