Misli Premyer Liqasında “Zəfər turu” başlayır

saytların hazırlanması

Evə çatdırılma

Misli Premyer Liqasında “Zəfər turu” başlayır

İdman

07 Noyabr 2025 09:17 348


Bu gün Misli Premyer Liqasında 11-ci tur start götürəcək.

"Yeni Sabah" xəbər verir ki, bu tur Vətən müharibəsindəki qələbəmizin 5-ci ildönümünə görə "Zəfər turu" adlandırılıb. Bütün oyunlar isə rəmzi olaraq hər saatın 44-cü dəqiqəsində başlanacaq.

"Zəfər turu"nun ilk oyun gününə 2 matç nəzərdə tutulub. Dominos pizza

Əvvəlcə 8-ci yerdəki "İmişli" 9-cu pillədəki "Şamaxı"nın qonağı olacaq. Görüş saat 13:44-də başlayacaq.

Digər matçda 5-ci sıradakı "Sumqayıt" səfərdə 10-cu yerdəki "Qəbələ" ilə qarşılaşacaq. Bu oyun isə saat 16:44-də start götürəcək.

Turun digər görüşləri noyabrın 8 və 9-də keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!