“Mitinqlərlə nəyəsə nail olmaq zamanı deyil”

saytların hazırlanması

Evə çatdırılma

“Mitinqlərlə nəyəsə nail olmaq zamanı deyil”

Siyasət

20 Yanvar 2019 19:28 1260


“Məhsul” stadionunda keçirilən mitinq bir daha göstərdi ki, Azərbaycan xalqı bu cür aksiyalara dəstək vermir”.

Bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda bəzi qruplar xaricdən olan təbliğatın təsirləri altında, həm də özlərinin mənfur niyyətlərini həyata keçirmək məqsədilə qarşıdurma yaratmaq üçün cəhdləri edirlər: Toyuqlu pizza

“Bu cəhdlər zamanı mitinqlərdən istifadə edirlər. Azərbaycan demokratik dövlətdir, bu gün mitinqlərlə nəyəsə nail olmaq zamanı deyil. Hansısa siyasi qrupun cəmiyyətə sözü varsa, bunu çatdırmaqda heç bir problem yoxdur. “Məhsul” stadionunda eyni adamlar toplaşıb, eyni fikirlər səsləndirirlər, onların boyat fikirlərinə xalq reaksiya vermir, verməyəcək də. Çünki onların dediklərində hər hansı yenilik yoxdur”.

Qafqazinfo

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!