MM sədri Slovakiya parlamentində Azərbaycan əleyhinə qəbul olunmuş qətnaməyə etiraz etdi

saytların hazırlanması

Evə çatdırılma

MM sədri Slovakiya parlamentində Azərbaycan əleyhinə qəbul olunmuş qətnaməyə etiraz etdi

Siyasət

08 Oktyabr 2021 18:29 1103


"Qanunverici orqanlar arasında əlaqələrin inkişafı, qarşılıqlı səfərlərin təşkili Azərbaycan ilə Slovakiya arasında münasibətlərin inkişafına töhfə verir. İki ölkənin parlamentləri bir sıra beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir".

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri Boris Kollar ilə görüşündə deyib.

O bildirib ki, parlamentarilər tərəfindən qəbul olunan qərəzli qərarlar və səsləndirilən qeyri-obyektiv bəyanatlar ikitərəfli əlaqələrə kölgə sala bilər. pizza sifarişi

Sahibə Qafarova xüsusilə ötən ilin noyabrında Slovakiya parlamentində qəbul olunan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamənin və 1 aprel 2021-ci ildə qəbul olunan "Dağlıq Qarabağ haqqında" adlı qərarın təəssüf doğurduğunu və qəbuledilməz olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!