Müəllim olan arvadını öldürməkdə təqsirləndirilən şəxs həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Müəllim olan arvadını öldürməkdə təqsirləndirilən şəxs həbs edildi

Kriminal

23 Mart 2026 14:59 547


Hövsanda məktəb müəllimi olan arvadını qətlə yetirməkdə təqsirləndirilən Vasif Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Suraxanı rayon Məhkəməsi tərəfindən qərar çıxarılıb.

V. Abbasov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə ilə istintaq orqanın vəsaətinə məhkəmə baxıb. pizza hut

Məhkəmənin qərarına əsasən, V. Abbasov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Martın 20-də paytaxtın Suraxanı rayonu ərazisində (Hövsan-red) 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1983-cü il təvəllüdlü Vasif Abbasovun Pərvanə Abbasovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

Onu da qeyd edək ki, Pərvanə Abbasova Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 118 saylı məktəbin müəlliməsi olub. Onun əri tərəfindən qətlə yetirildiyi bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!