MN: Ermənistanın yaydığı məlumat yalandır

saytların hazırlanması

Evə çatdırılma

MN: Ermənistanın yaydığı məlumat yalandır

Rəsmi

14 Aprel 2025 15:56 685


Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və nəticədə mədəniyyət mərkəzinə zərər yetirilməsi barədə Ermənistanın yaydığı məlumatın real əsası yoxdur, yalandır və tamamilə dezinformasiya məqsədi daşıyır.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) yaydığı məlumatda bildirilib

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə heç bir atəş açılmayıb: Toyuqlu pizza

"Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır. Ordumuz yalnız mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı adekvat cavab tədbirləri görür. Qarşı tərəf həqiqəti əks etdirməyən bu cür dezinformasiyalar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa, son günlər mövqelərimizi müxtəlif istiqamətlərdən mütəmadi olaraq atəşə tutmaqla törətdikləri təxribatlarını gizlətməyə cəhd edir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!