Mobil oyunların fəsadları - “Uşaqlarda silaha meyil yaradır“

saytların hazırlanması

Evə çatdırılma

Mobil oyunların fəsadları - “Uşaqlarda silaha meyil yaradır“

Rəqəmsal

19 Aprel 2019 17:38 1535


Hazırki dövrdə müxtəlif oyunların uşaqlar üzərindəki təsirləri daim müzakirə obyektidir. Çünki bu oyunlar arasında şiddət ehtiva edənlər geniş yayılmaqdadır. Belə oyunlar isə uşaqlarda şiddətə, silaha  meyli artırır. Bir çox uşaqlar reallıqdan uzaq öz oyun dünyalarında yaşayırlar.

Oyunların uşaqlara təsirindən “Yeni Sabah”a danışan psixoloq İbrahim İbrahimov bildirib ki,  oyunların həm müsbət, həm də mənfi tərəfləri var:

“Oyunlar uşaqların psixi inkişafına müsbət təsir edə bilir. Düşünmə qabiliyyətinin, qərar vermənin tezləşməsi,oyun zamanı çevik düşünmə və məntiqi inkişafı artıra bilir.  Uşaqların iş dünyası onların oyunlarıdır. Biz necə ki, işdə əldə etdiyimiz uğurlara  sevinirik, onlar da oyunlarda qazandıqları qalibiyyətlərə görə özlərini təsdiq edib, bu aləmdə yaşayırlar. Hətta zarafatla belə bir deyim  də var ki, gələcəkdə müharibəni oyun  konsolu arxasında oturan uşaqlar aparacaqlar. Gələcək müharibələr  robotların olacaq, kompüter arxasındakı  insanlar tərəfindən idarə ediləcək. Necə ki, bu gün uşaqlar kompüter arxasında bir-biri ilə döyüşürlər. Gələcəkdə də bu cür müharibələr gözlənilir.  Müharibələrin  dron, robotlarla aparılma nəzəriyyəsi var. Bunlar oyunların müsbət tərəfi kimi qiymətləndirilir”. Sezar pizza

Psixoloq oyunların mənfi tərəflərindən də danışıb. Onun sözlərinə görə,  uşaqlar oyun oynadıqları zaman artıq orada yaşayırlar:

“Onların reallıqdan uzaqlaşan şiddətə meyil etməsi oyunların mənfi təsiridir.  Sizə  “Counter Strike” oyununu misal göstərə bilərəm. Orada tək insan gedir, yolda istədiyi maşını götürə, başqa insanları düşürdə, istədiyi insanı döyə, maşın sürə, silah əldə edə, polisdən qaça bilir.  Real həyatda bunlar mümkün deyil. İstədiyin insanı maşından düşürdə bilməzsən, çünki o səndən fiziki cəhətdən güclü də ola bilər.  Eyni zamanda polisdən qaçmaq asan iş deyil. O dünyaya qapılan insan bu əməllərin asanlıqla icra olunacağını sanıb, bir gün bunu etməyə cəhd edir. Bəzən  bu cür cinayət hadisələri də görürük. İnsan öldürməyin oyundakı kimi o qədər asan bir şey, soyuqqanlı hadisə olmadığını uşaqlar dərk etməlidir. Amma bu oyunlar dərketməni azaldır. Ümumiyyətlə, insan psixikasında xəstəlik o zaman  yaranır ki, artıq o reallıq hissini itirir, özünütənqid azalır. İnsan bir növ sayıqlamağa, real olmayan şeylər danışmağa, hərəkətlərə cəhd etməyə başlayır. Oyunların təhlükəsi budur.  Qadınlar seriala, kişilər kinolara  baxaraq o ab-havaya necə girirsə, uşaqlar da  eyni şəkildə. Onların da dünyası budur. Monitor arxasında özlərini qəhrəman hiss etmələri onları bu cür reallıqlardan uzaqlaşdıra, silaha meyli artıra bilər. Bunlar gələcək üçün xoş hal deyil. Silahı sevən insanların  yetişməsi cəmiyyətin, mədəniyyətin, mənəviyyatın arzu etdiyi bir gələcək deyil”. 

Qeyd edək ki, müxtəlif zamanlarda bəzi ölkələrdə şiddətə meyil yaradan oyunlara qadağa qoyulub. Məsələn, ötən il Çində “PUBG”, “Fortnite”, “Overwatch” yanaşı bir çox məşhur oyunlar qadağan olundu. Həmçinin oyunları qadağan edən ölkərə Sinqapur, Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri də aiddir.

Xatırladaq ki, ötən gün İraq da şiddət ehtiva edən  mobil oyunlar haqqında  qanun qəbul edib. Qanunla ölkədə belə oyunlara qadağa qoyuldu.

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!