Yanvarın 28-29-da C.Naxçıvanski küçəsində Bakı şəhər sakini 3 qadının çantalarından və ciblərindən mobil telefonları oğurlanıb.
Bu barədə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciətlər daxil olub.
DİN-dən “Yeni Sabah” a verilən məlumata görə, müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş H.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Toyuqlu pizza
Araşdırma aparılır.
Telegram kanalımız