Modul Elektrik Stansiyalarında təmir-bərpa işləri başlayıb

saytların hazırlanması

Evə çatdırılma

Modul Elektrik Stansiyalarında təmir-bərpa işləri başlayıb

Sosial

28 Yanvar 2019 20:14 1255


Ötən ilin iyulun 3-də elektrik enerji sistemində yaranan böhranın aradan qaldırılması üçün hazırlanan “Reabilitasiya Planı” çərçivəsində aparılan işlərin sırasına modul tipli elektrik stansiyaları da daxil edilib.

“Yeni Sabah” xəbər verir ki, artıq bir həftədir “Səngəçal”, “Xaçmaz”, “Şahdağ”, “Bakı”, “Astara” və “Şəki” modul tipli elektrik stansiyalarında mühərriklərin təmir-bərpa işlərinə start verilib.

Təmir-bərpa işlərinin aparılması üçün “Wartsila” şirkəti ilə bağlanan müqaviləyə əsasən ilk partiya avadanlıq və ehtiyat hissələri stansiyalara gətirilib və quraşdırılmaqdadır. Növbəti partiya avadanlıq və ehtiyat hissələrinin isə aprel ayına qədər gətirilməsi və ilin sonuna qədər işlərin yekunlaşdırılması planlaşdırılıb. Dördpendirli pizza

Qeyd edək ki, təmirə qədər mühərriklər aşağı güclə və fasilələrlə işləyirdisə, təmirdən sonra qoyuluş gücünə yaxın və daha dayanıqlı işləyəcək. Başqa sözlə “Səngəçal” ES-də mühərriklərin hər biri təmirə qədər 14 MVt güclə işlədiyi halda, təmirdən sonra 16 MVt-a çatdırılması nəzərdə tutulub.  “Xaçmaz”, “Şahdağ”, “Bakı”, “Astara” və “Şəki” ES-lərdə isə mühərriklərin hər birinin gücü orta hesabla 5,5 MVt-dan 8,1 MVt-ya çatdırılacaq. Nəticədə 200 MVt-dan artıq itirilmiş güc bərpa olunacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!