Moldova prezidenti Maya Sandu qondarma Dnestryanı bölgədə vəziyyətin gərginləşməsi ilə əlaqədar Ali Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
Yenisabah xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, bu gün bölgədəki Mayak kəndində regional radio mərkəzinin iki qülləsi partladılıb. Bir gün əvvəl qondarma Dnestryanı respublikası "Dövlət Təhlükəsizlik Nazirliyi"nin binası qumbaraatanlardan atəşə tutulub. Hər iki halda itki olmayıb. Mart ayında Dnestryanı dövlət qurumlarına məktəblərin, tibb müəssisələrinin, ticarət mərkəzlərinin və digər obyektlərin kütləvi şəkildə minalanması ilə bağlı bir neçə anonim məlumat daxil olub. Sezar pizza
Telegram kanalımız