Fransanın xarici işlər naziri Ketrin Kolonna Kişineuda Ermənistan və Azərbaycan rəhbərliyinin yeni görüşünün mümkünlüyünü açıqlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə o, İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında danışıb.
Nazir vurğulayıb ki, birtərəfli addımlar faydalı ola, sülh prosesinə töhfə verə bilməz. Dominos pizza
Kolonnanın sözlərinə görə, Ermənistanın cəsarətlə daxil olduğu danışıqlar prosesi var, onu genişləndirmək, qidalandırmaq lazımdır:
“Biz hələ ikitərəfli, üçtərəfli və ya çoxtərəfli yeni görüşlər barədə danışmamışıq. Praqada əldə edilənlərə əsaslanaraq, yeni görüşlərdə yeni razılaşma nöqtələrinin tapılması vacibdir. Ola bilsin ki, Kişineuda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçirilən görüşdə dialoq apara bilərik. Məsələn, oktyabrın 6-da Praqada olduğu kimi”.
Nazirin sözlərinə görə, indiki mərhələdə beynəlxalq birlik prinsiplər və hüquqlar haqqında danışa, həm də hərəkətə keçib, prosesi müşayiət edə, asanlaşdıra bilər. Tərəflərin nazirlər səviyyəsində, bəlkə də daha yüksək səviyyələrdə görüşləri bu istiqamətdə aparılır, proses ümumi səylər tələb edir,
Xatırladaq ki, Avropa Siyasi Birliyinin sammiti iyunun 1-də Kişineuda keçiriləcək.
Telegram kanalımız