Monqolustan naziri Azərbaycanda səfərdədir

saytların hazırlanması

Evə çatdırılma

Monqolustan naziri Azərbaycanda səfərdədir

İqtisadiyyat

25 Fevral 2019 21:06 1168


Energetika naziri Pərviz Şahbazovun dəvəti ilə Azərbaycana səfər edən Monqolustanın energetika naziri Çerenpil Davasurenin başçılıq etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olub. 

“Yeni Sabah” xəbər verir ki, Monqolustanın energetika naziri bildirib ki, bu səfər və keçirilən görüşlər iki ölkə arasında enerji, eləcə də digər sahələrdə əməkdaşlığı gücləndirmək, qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün bir fürsətdir. Bildirib ki, Monqolustanda neft-qaz sektoru hazırda inkişaf mərhələsindədir və bu sahədə əməkdaşlıq üçün böyük potensial mövcuddur. Monqolustan, neft-qaz ölkəsi kimi Azərbaycanın zəngin təcrübəsindən yararlanmaqda və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələrin təhsil almasında maraqlıdır. 

Azərbaycanın energetika naziri Pərviz Şahbazov isə bildirib ki, iki öllkə arasında həm prezidentlər səviyyəsində, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksək münasibətlər enerji sahəsində də inkişafa təkan verir. Bu məqsədlə, Azərbaycan öz təcrübəsini bölüşməyə, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlıq etməyə hazırdır. Nazir gələcəkdə “Monqolustanın Energetika Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun izalanmasının bu prosesə töhfə verəcəyinə inamını ifadə edib.  Pepperoni pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!