Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilən "Səbail" - "Neftçi" (2:2) oyunundan sonra "Səbail"in baş məşqçisi Aftandil Hacıyev hakim qərarlarından narazılığını bildirib.
"Yeni Sabah" məsələylə bağlı keçmiş FİFA referisi Tahir Süleymanovun fikirlərini öyrənib.
O, açıqlamasında bu kimi halların futboldakı tapşırmalardan qaynaqlandığını bildirib: pizza sifarişi
"Tək ötən turda deyil, hakimlik idarəçiliyi ilə bağlı çox narazılıqlar var. Sadəcə klublar şuralaşandan, "baş üstə"lər futbolda, klublarda çoxalandan sonra hamı bir parça çörəyini düşünür, heç kim obyektiv olaraq, məsələlərə münasibət bildirmir. Ümumi futbolda çoxdan sınma anı baş verib. Problemlərdən qaçmaq problemlərin həll olunması demək deyil.
Bir tərəfdən də "əcnəbi sevgisi" futbola rəhbərlik edənlərin iliyindən əl çəkmir. İlk öncə məqsədli olaraq bacarıqsız yerli mütəxəssislərə bel bağlanılır, istədiklərini etdikdən sonra, "olanımız budur" düşüncəsi, təbliğatı ilə əcnəbilərə üz tutulur, 100 minlər xərclənilir, ölkəyə gətirilir.
Avstriyalı Stuxliki də Hakimlər Komitəsinə rəhbər gətirəndə elə bilirdilər ki, əcnəbi Azərbaycan hakimliyini ağ günə çıxaracaq. Heç müqavilə bağlananda inkişaf proqramı yox idi, həftələrlə, aylarla vaxt istədi. Öncədən uğursuz olacaqlarını bildiyim üçün, Hakimlər Komitəsində təmsil olunmaq dəvətindən də dərhal imtina etdim. Tez bir zamanda özlərini ifşa etdikləri, oyunlarda idarəçiliklə bağlı baş verənlər də buna əyani sübutdur".
T.Süleymanov belə situasiyaların təcrübəsiz hakimlərə görə yarandığını və "Keşlə" - Qəbələ" oyunundakı qeyri-etik hadisənin hakimliyə göstərilən qiymətin göstəricisi olduğunu bildirib:
"Aftandil Hacıyevi qeyd etdiniz, sakit, gənc, perspektivli baş məşqçilərdəndir. Artıq özü də etiraf etdiyi kimi, dözə bilmirlər, etiraz dalğaları qısa vaxt kəsiyində durmadan artır. Təbii, səbəbsiz deyil. Aylar öncə bildirmişəm, nə qədər rəqabətsiz çempionat olsa da, finişə yaxınlaşılır, eksperiment yeri, zamanı deyil. FİFA referiləri kənarda saxlanılır və ya əsasən ikinci dərəcəli oyunlar həvalə edilir. Çempionluq uğurunda görüşləri isə təcrübəsiz hakimlər idarə edir. Bu, yolverilməzdir. Bir tərəfdən komandalar əziyyət çəkir, digər tərəfdən gənc hakimlərin çoxu oyunlara psixoloji, faktiki hazır olmadıqları üçün "sındırılır". Çox müzakirə etməyə ehtiyac da yoxdur. Elə bu tur "Keşlə"-"Qəbələ" görüşündə hakim-Monroz "debatı" indiki yaradılmış duruma, hakimliyə, ümumi futbola göstərilən qiymət idi..."
Naibə Məmmədova
Telegram kanalımız