Moskva, Brüssel, yoxsa Vaşinqton... - Sülh müqaviləsi harda imzalanacaq?

saytların hazırlanması

Evə çatdırılma

Moskva, Brüssel, yoxsa Vaşinqton... - Sülh müqaviləsi harda imzalanacaq?

Siyasət

09 May 2023 16:34 1275


“Əlbəttə ki, Qərblə Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin olmasında fərqli maraqları ehtiva edirlər”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib. 

O, mayın 25-də keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşündən söz açıb. pizza mizza

T.İsmayılov söyləyib ki, bu gün Moskva Vaşinqton və Brüsselin Azərbaycan-Ermənistan danışıqlarında vasitəçi olmasını həzm edə bilmir və buna qarşı siyasi qısqanclığını nümayiş etdirir: 

“Qərblə Rusiyanın bu məsələdəki geopolitik qarşıdurması Ermənistanın növbəti provokasiyalarına səbəb olur və vəziyyətinin daha da gərginləşməsi ilə yanaşı, Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasını uzadır”.

Analitik hesab edir ki, iki ölkə arasındakı sülhün ən real perspektivi kimi nəinki Brüssel, əksinə, Vaşinqtonda daha real görünür:

“Bütövlükdə həm Vaşinqton, həm də Brüssel bizim üçün bu məsələdə daha sərf edən şəhərlədir. Çünki Rusiyanın vasitəçiliyi uzun illər bölgəyə yalnız xaos gətirib. Bu gün Rusiya Xankəndi ətraf ərazilərdəki separatçıları bəsləməklə onlardan istifadə edərək, regionda öz mövcudluğunu qoruyub saxlamağa çalışır”. 

“Ona görə də Moskvada real sülh imkanlarının gerçəkləşməsini absurd hesab edirəm. Lakin Qərb mərkəzli görüşlərin iki ölkə arasındakı münasibətlərdə mühüm dəyişikliklərə səbəb olmaq ehtimalları daha böyükdür. Bu baxımdan, Qərb görüşlərini üstün, vacib və əsas hesab edirəm”, - siyasi şərhçi yekunlaşdırıb. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!