Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel artıq Ermənistan və Azərbaycan başçılarının növbəti görüşünün Brüsseldə baş tutacağını, daha sonra isə üçtərəfli formatda Moskvada davam etdiriləcəyini bildirib.
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.
O, Vaşinqtonda danışıqların dörd gün davam etdiyini xatırladaraq, onu bu baxımdan görünməmiş adlandırıb: “Sülh xəttini irəlilətmək cəhdlərimiz artıq müsbət faktdır. Digər tərəfdən, heç kim möcüzə, bütün problemlərin həllini gözləmirdi”. pizza hut
Nazir müavini əlavə edib ki, işlər davam etdiriləcək: “Siz artıq həm ABŞ-ın, həm də iştirakçı ölkələrin rəsmi bəyanatlarını oxumusunuz, sülh gündəmini mümkün qədər irəli aparmaq üçün hər tərəfdən hər cür səy göstərildiyini gördünüz. Suallar çoxdur, lakin danışıqların belə intensivliklə davam etməsi artıq yaxşı əlamətdir”.
Telegram kanalımız