“Moskva hələ Ermənistanın paytaxtı deyil” - Kalaşnikov

saytların hazırlanması

Evə çatdırılma

“Moskva hələ Ermənistanın paytaxtı deyil” - Kalaşnikov

Siyasət

01 Fevral 2022 23:31 10129


“Əgər biz bir vaxtlar qardaş Ukraynada Banderanın təriflənməsinə reaksiya veririksə, niyə burada susmalıyıq? Bundan əlavə, Moskvada Bandera və Şuxeviçə film-himnlər açıq şəkildə nümayiş etdirilmir. Bəli, bura erməni mərkəzidir, amma, bağışlayın, hələ də Rusiyanın paytaxtıdır, hələ Ermənistan deyil”.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının komitə sədri Leonid Kalaşnikov Rusiya mətbuatına müsahibəsində deyib.

Xatırladaq ki, Rusiyada erməni faşisti ilə bağlı qalmaqal ötən həftə, yanvarın 28-də, Rusiya Erməniləri İttifaqının elan etdiyi Njde haqqında filmin Moskvada (Sovet Ordusu küçəsində) nümayiş olunduğu yerə polis gələndə və nümayişin təşkilini dayandıranda başlayıb. pizza mizza

“Bəli, Njde birmənalı fiqur deyil, bəli, o, erməni milli hərəkatının qəhrəmanıdır. Amma Bandera da “milli Ukrayna” uğrunda mübarizə aparıb. Yalnız o da, Njde kimi, bunun üçün Hitlerlə əlaqə yaradıb. Bu cür şəxsiyyətlərin tərənnümü sadəcə olaraq millətçiliyin ən pis formalarında canlanmasına gətirib çıxarır. Bunu etməyə Paşinyan deyil, Ermənistanın keçmiş rəhbəri Sarkisyan başlayıb - o, Moskvada da bunu fəal şəkildə təbliğ etməyə başlayıb. Təbii ki, demək olar ki, bu ermənilərin öz işidir - öz qəhrəmanlarını özləri seçə bilər. Lakin sonra sual yaranır: əgər siz bu qədər suveren, qürurlu və qüdrətlisinizsə, Rusiyadan nə istəyirsiniz?”, - deyə Kalaşnikov deyib.virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • M.Vuqar.M-oglu.
    Mən dəfələrlə qeyd etmişəm..Rus SOVİNİZMİ sonda öz başlarında PARTLAYACAQ möhkəmcə PARTLAYACAQ.. Nə qədərki,Rusiya öz işğalçı xarici siyasətini daxili iqtisadi siyasətilə uzlasdirmayacaqsa tənəzzül qaçılmaz olacaq!
    4 years ago