Moskva və Kiyevdən xahiş olarsa, İraq Rusiya və Ukrayna arasında vasitəçi kimi çıxış etməyə hazırdır.
Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn bildirib.
O, Ərəb Dövlətləri Liqasının (ƏDL) yaratdığı təmas qrupunun tərkibində olduğunu xatırladıb. Misir, Əlcəzair, İraq, İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Sudan xarici işlər nazirləri, həmçinin regional təşkilatın baş katibinin daxil olduğu qrup 2022-ci ilin martında yaradılıb. Toyuqlu pizza
“Bu qrup hər iki tərəflə əlaqə saxlamağa və vasitəçilik etməyə çağırılıb. Biz Moskvaya səfər etdik və Rusiya Federasiyasının xarici işlər naziri ilə görüşdük, Varşavada Ukrayna XİN rəhbəri ilə görüşdük və tərəflər arasında vasitəçilik təklifi verdik, lakin şərtlər çox çətin idi”.
“Əgər hər iki tərəf vasitəçilik tələbi ilə bizə müraciət etsə, bu istiqamətdə addımlar atacağıq”, - deyə Fuad Hüseyn əlavə edib.
Telegram kanalımız