Azərbaycan, Ermənistan və Rusiya liderləri İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putinin iştirakı ilə üçtərəfli görüşün sonunda n azı 2 sənəd qəbul etməlidirlər.
Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın “Kommersant” nəşri iddia edib.
İddiaya görə, sənədlərdən birini baş nazir müavinləri hazırlayıb və o, nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması haqqındadır. Dominos pizza
Digəri sənədi - Əliyev, Paşinyan və Putinin beşinci birgə bəyanatı üç ölkənin XİN-ləri razılaşdırıb.
"Kommersan" qeyd edir ki, 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Rusiya tərəfinin vasitəçilik fəaliyyətini rəsmiləşdirən sənədlərin qəbulu Moskvaya görülən işlərin konkret nəticələri barədə danışmağa və onun Cənubi Qafqazdakı rolunu vurğulamağa imkan verir (Mayın əvvəlində ABŞ-da və mayın 14-də Brüsseldə aparılan danışıqların nəticələrinə görə heç bir sənəd qəbul edilməyib).
2021-ci ilin noyabrında və 2022-ci ilin oktyabrında qəbul edilmiş son iki üçtərəfli bəyanatda “Rusiya sülhməramlı kontingentinin regionda vəziyyətin sabitləşdirilməsinə və təhlükəsizliyin təmin edilməsinə töhfəsi” vurğulanır.
Telegram kanalımız