Azərbaycanın Rusiyadakı Səfriliyinin avtomobili qəzaya düşüb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, 7 mart tarixində təqribən saat 17:00 radələrində Moskva şəhərində yerləşən "Columbus" ticarət mərkəzindən əsas yola çıxarkən gözləmə nişanının tələblərinə əməl olunmayıb və bu zaman əsas yol ilə gələn avtomobil Səfirliyin diplomatik nömrəli avtomobilini arxadan vurub. Pepperoni pizza
Beləliklə avtomobil idarəetməni itirərək Prajskaya metrosunun çıxışının giriş qapılarının birinə dəyib. Döngə ilə metronun çıxışı arasında məsafənin az olması səbəbindən avtomobil qapıya çırpılıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, avtomobili diplomatın həyat yoldaşı idarə edib.
Telegram kanalımız