Moskvada dəhşətli PARTLAYIŞ: Ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Moskvada dəhşətli PARTLAYIŞ: Ölən və yaralananlar var

Dünya

11 Aprel 2022 09:09 658


Moskva yaxınlığında yerləşən Stupinoda yaşayış binasında partlayış baş verib.

Yenisabah.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Son məlumatlara görə, 10 nəfər xəsarət alıb, iki nəfərin öldüyü barədə məlumat var. Konstruksiyaların sökülməsi və nəticələrinin aradan qaldırılması üçün hadisə yerinə "Centrospas" və "Lider" dəstələrinin mütəxəssisləri göndərilib", - nazirlikdən bildirilib. Dominos pizza

Yanğın zamanı evdən 10-u uşaq olmaqla 60 nəfər təxliyə edilib, dağıntılar altında adam yoxdur. 4-cü və 5-ci mərtəbələrdə bayır panellər dağılıb, 4-cü mərtəbədə iki mənzilin daxili arakəsmələri, 3-cü mərtəbədə pəncərə şüşələri sınıb.

İlkin səbəb kimi partlayışın qaz sızmasından baş verdiyi bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!