Moskvada yoxa çıxan Saxarovun abidəsi Xankəndidə tapıldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Moskvada yoxa çıxan Saxarovun abidəsi Xankəndidə tapıldı - Fotolar

Hadisə

21 May 2022 23:12 1530


Moskvada yoxa çıxan Saxarovun abidəsi Xankəndidə qoyulubmu?

Yenisabah.az xəbər verir ki, bu gün bir çox Rusiya KİV-i Moskvadakı Muzey parkında akademik Saxarovun abidəsinin yoxa çıxdığını yazıb.

“Memorial” cəmiyyətinin nümayəndələri heykəlin itdiyini açıqlayıb. Onların sözlərinə görə, “Muzeon”un mühafizəsi heykəlin bərpa üçün götürüldüyünü bildirib. pizza sifarişi

Qorki parkının mətbuat xidməti mühafizəçilərin sözlərini təsdiqləyib və bildirib ki, heykəl müəllifə ötən ilin payızında təhvil verilib. Onun parka qayıtması üçün heç bir tarix verilməyib.

Telegram kanalları bu gün Xankəndi şəhərindəki məktəbin yaxınlığında Saxarovun eyni heykəlinin qoyulduğunu bildirib.

Yoxa çıxan abidə Qarabağın Xankəndidə  tapılıb – üzərində “Cəsarətli olun, ermənilər, işiniz haqq işidir” yazısı ilə.

Abidənin açılışında Rusiya sülhməramlı kontingentinin mayoru Vitali Fomin iştirak edib.

Nə baş verir? Sülhməramlılar yenə təxribatla məşğuldur?

Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!