Mövlud Çavuşoğludan Qazaxıstan açıqlaması

saytların hazırlanması

Evə çatdırılma

Mövlud Çavuşoğludan Qazaxıstan açıqlaması

Siyasət

11 Yanvar 2022 12:34 904


“Bu böhranın Qazaxıstanın suverenliyinə, bütövlüyünə, sabitliyinə və balanslı xarici siyasətinə zərər verməyəcəyinə inanırıq”.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının (TDT) xarici işlər nazirlərinin fövqəladə toplantısında söyləyib.

“Çünki biz qardaş Qazaxıstanın gücünə güvənirik. Bölgəmiz geosiyasi maraqların mərkəzində dayanır. Biz geosiyasi rəqabətin deyil, əməkdaşlığın və rifahın aktorlarıyıq. Çünki dövlətləri və millətləri rifah, sabitlik və sülh ucaldır”, - nazir vurğulayıb.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!