Topaz Premyer Liqasının 25-ci turunda “Qarabağ”la oyunda (3:0) “Keşlə”nin qapıçısı Şahin Zəkiyev zədələnib.
Klubun mətbuat xidmətindən “Yeni Sabah”a verilən açıqlamada qolkiperin zədəsinin ciddi olduğu və bu mövsümün onun üçün başa çatdığı bildirilib:
“Şahinin burnu sınıb və almacıq sümüyü zədələnib. Təəsüüf ki, mövsüm sonuna qədərki oyunlarda çıxış etməyəcək. Zədəsi ciddidir. Qalan oyunlarda qapıda Davud Kərimi olacaq. Çünki Kamran Ağayev də zədəlidir”. Marqarita pizza
Qeyd edək ki, “Keşlə”nin əsas qapıçısı Kamran Ağayev Topaz Premyer Liqasının 22-ci turunun “Neftçi” ilə oyununda zədələndiyinə görə, mövsüm onun üçün də bitib.
Naibə Məmmədova
Telegram kanalımız