Möylə Mirzəliyev yenidən reanimasiyaya köçürüldü

saytların hazırlanması

Evə çatdırılma

Möylə Mirzəliyev yenidən reanimasiyaya köçürüldü

Mədəniyyət

16 Aprel 2025 19:42 823


Bir müddət əvvəl "Yeni Klinika"da stasionar müalicəyə cəlb olunan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev ağırlaşma səbəbindən Reanimasiya şöbəsinə köçürülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, hazırda onun müalicəsi davam etdirilir.

"Süni tənəffüs dəstəyi ilə təmin olunan və dializ olunan xəstənin vəziyyəti stabil ağır olaraq dəyərləndirilir", - deyə məlumatda qeyd edilib. Toyuqlu pizza

Xatırladaq ki, Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev bir müddət əvvəl boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub. Əməliyyat sonrası xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət özəl tibb müəssisəsinin Reanimasiya və intensiv terapiya şöbəsində müalicə alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!