MSK İlham Əliyevlə bağlı qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

MSK İlham Əliyevlə bağlı qərar verdi

Siyasət

19 Dekabr 2023 16:17 701


Mərkəzi Seçki Komissiyası (MSK) Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsini təsdiq edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Komissiyanın iclasında bildirilib.

Məlumata görə, YAP tərəfindən namizədliyi irəli sürülən İlham Əliyevin sənədləri 16 dekabrda MSK-ya təqdim edilib. Toyuqlu pizza

İclasda, həmçinin hakim partiyanın səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli şəxsi qeydə alınıb.

Qərarla YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov partiyanın növbədənkənar Prezident seçkilərindəki səlahiyyətli nümayəndəsi təyin edilib. Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub. Qərar müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!