MSK Şahin Seyidzadənin mandatına xitam verdi

saytların hazırlanması

Evə çatdırılma

MSK Şahin Seyidzadənin mandatına xitam verdi

Siyasət

17 Mart 2022 16:10 561


Mərkəzi Seçki Komissiyasının iclası başlayıb.

Yenisabah.az xəbər verir ki, iclasda Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsi müzakirəyə çıxarılıb.

Mərkəzi Seçki Komissiyasının qərarına əsasən Ş.Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilib. Dördpendirli pizza

İclasda həmçinin, MSK-nın 3 sentyabr 2021-ci il iclas protokolunun təsdiq edilməsi, Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunda nəzərdə tutulmuş sənəd nümunəsinin təsdiq edilməsi, MSK-nın normativ xarakterli aktına dair, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələlərinə baxılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin 3 mart tarixində imzaladığı sərəncamla Ş. Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Ş. Seyidzadə deputat mandatından imtina etməsi ilə bağlı MSK-ya müraciət edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!