MTN-nin generalı ilə birgə həbs olunmuş şəxs azadlığa buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

MTN-nin generalı ilə birgə həbs olunmuş şəxs azadlığa buraxıldı

Kriminal

01 Fevral 2023 18:41 931


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinovla birgə həbs olunmuş nazirliyin əməliyyat müvəkkili Nadir Nəzirov azadlığa buraxılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən iclasda qərar verilib.

Qərara əsasən, Nadir Nəzirovun cəlbetmə müddəti keçdiyi üçün onunla bağlı cinayət işinə xitam verilib. Marqarita pizza

Keçmiş MTN əməkdaşı məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Qeyd edək ki, Nadir Tahirov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan mərhum edilib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!