MTRŞ bu telekanallara 600 min pul ayırdı

saytların hazırlanması

Evə çatdırılma

MTRŞ bu telekanallara 600 min pul ayırdı

Sosial

05 Fevral 2019 22:15 911


Fevralın 5-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. 

Qurumdan "Yeni Sabah"a bildirilib ki, iclasda Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında ölkə Prezidentinin 17 yanvar 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələr icra edilib.

Belə ki, Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına ayrılmış 3.0 (üç) milyon manat vəsaitdən hər bir özəl ümumrespublika televiziya yayımçısına (“Lider TV”, “Xəzər TV”, “ATV”, “ARB 24” MMC, “Space TV”) 600 000 (altı yüz min)  manat ayrılması barədə qərar qəbul edilib.  Dördpendirli pizza

İclasda həmçinin İctimai Televiziyanın Full HD formatında yüksək keyfiyyətli rəqəmsal yayımının tətbiqi ilə əlaqədar olaraq yeni yayım paketinin yaradılması (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 34-cü TV yayım kanalı) barədə qərar qəbul edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!