MTRŞ-dan Çingiz Mustafayevin adını daşıyan tezliklə bağlı qərar –   Ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

MTRŞ-dan Çingiz Mustafayevin adını daşıyan tezliklə bağlı qərar – Ləğv olundu

Rəqəmsal

10 Yanvar 2020 14:02 1310


Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə MTRŞ-dan məlumat verilib.

Bildirilib ki, iclasda Şura tərəfindən ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz işçi tezliyinə 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək elan edilmiş müsabiqənin nəticələri müzakirə olunub. Dördpendirli pizza

Müsabiqədə iştirak etmək üçün 5 hüquqi şəxs sənədlərini Şuraya təqdim edib: “Real Təhlil İnformasiya Mərkəzi” MMC; “TV-Media Azerbaijan” MMC; “Balans Studiyası” MMC; “İNS ÇM” MMC; “OMD Azerbaijan” MMC.

Üç iddiaçı - “TV-Media Azerbaijan” MMC, “OMD Azerbaijan” MMC və “Real Təhlil İnformasiya Mərkəzi” MMC sonradan müsabiqədə iştirak etməkdən imtina edib. Bu səbəbdən, Milli Televiziya və Radio Şurasının “Teleradio yayımı sahəsində lisenziya üçün keçirilən müsabiqənin Qaydaları”nın 2.1.8.-ci bəndinə (Şura müsabiqədə 3-dən az iştirakçı iştirak etdikdə müsabiqəni ləğv edə və ya yeni müsabiqə elan edə bilər) əsasən Şura müsabiqənin ləğv olunması barədə qərar qəbul edib.

Xatırladaq ki, bir müddət öncə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan radiostansiyanın 102 FM tezliyi müsabiqəyə çıxarılmışdı. Bu barədə fəaliyyətini dayandırmış ANS-in keçmiş prezidenti Vahid Mustafayev məlumat vermişdi. O bildirib ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) yeni radio kanalının yaradılması ilə bağlı müsabiqə elan edib. Bu tezliyi almaq üçün Real TV-nin rəhbəri Mirşahin Ağayev də müraciət etmişdi.

Yaradıcı ziyalıların nümayəndələri, məşhur elm adamları, yazıçılar, jurnalistlər, bəstəkarlar, tanınmış ictimai xadimlər Milli Qəhrəmanın adını daşıyan radiostansiyanın taleyindən narahatlıqlarını ifadə etmişdilər. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!