MTRŞ Rüfət Axundovu canlı efirdən qovdu

saytların hazırlanması

Evə çatdırılma

MTRŞ Rüfət Axundovu canlı efirdən qovdu

Şou

16 Aprel 2019 17:10 1445


Xəbər verdiyimiz kimi, Milli Televizya və Radio Şurası müğənni Rüfət Axundovun "Hər səhər" verilişində işlətdiyi qeyri-etik ifadələrə görə efirlərdə iştirak etməsinə qadağa qoyub. 

Qadağaya baxmayaraq bu gün Xəzər televiziyasında yayımlanan "Hər şey daxil" verilişində Rüfət Axundov qonaq olub. Ancaq verilişdə bir müddət sonra onun mahnısı kəsilib və reklama keçid olub.

Məsələ ilə bağlı Xəzər televiziyası ilə əlaqə saxladıq. Televiziyanın sözçüsü Aqşin Kamal bildirdi ki, Rüfətin efirdə olduğu barədə xəbərsiz idi.  pizza mizza

Açıqlama verən MTRŞ-in Aparat rəhbəri Asəf Hacıyev isə söylədi ki, bununla bağlı dərhal tədbir görülüb və müğənni efirdən uzaqlaşdırılıb.

Redaktor.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!