“İran şər imperiyasıdır. İran dünyanın ən murdar və ən pis əməlləri ilə məşğul olan bir ölkəsidir. Bu rejimdən hər şey gözləmək olar. Ona görə də İrana müalicəyə gedən azərbaycanlıların molla rejimi tərəfindən casusluğa cəlb edilməsi xəbərlərini ehtimal olaraq hesab etmirəm və bu, baş verən bir hadisədir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O, müalicə məqsədilə İrana gedən azərbaycanlıların İran agentura şəbəkəsinə cəlb edilməsi cəhlədrinə münasibət bildirib. Pepperoni pizza
Q.Hüseynli deyib ki, əgər onlar bəzi vətəndaşlarımızı müəyyən sədəqələr daxilində öz ölkəsinə qarşı satqınlıq etməyə vadar edə bilirlərsə, Azərbaycanda agentura şəbəkəsi qurmağa çalışırlarsa, xəstələnmiş və ümidsizləşmiş insanlara qarşı bu cür şeyləri tətbiq etmək daha asandır:
“Ona görə də mən İran deyilən şər yuvasından hər şeyi gözlədiyim üçün bu ehtimalların real olduğunu söyləyir və müalicə üçün getmiş insanların geri qayıdarkən müəyyən testlərdən keçirilməsinin tərəfdarıyam. Çünki biz çox ayıq-sayıq olmalı və başa düşməliyik ki, bizə qarşı necə qəddar düşmən dayanıb”.
Analaitikə görə, İran Azərbaycanı məhv etmək, torpaqlarımızı öz ərazilərinə qatmaq istəyir:
“Bunlar Azərbaycanın sürətli inkişafından vahiməyə düşüb. Başa düşürlər ki, Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra daha sürətlə inkişaf edəcək və cənubdakı soydaşlarımıza bir nümunə olacaqlar. Yəni azadlıq idealları şimaldan cənuba doğru hərəkət etməyə başlayacaq. Onsuz da orada güneyli soydaşlarımız kifayət qədər fəaldırlar, amma gələcəkdə onların fəallığının daha artacağını proqnozlaşdırmaq mümkündür”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız