Hafiz Hacıyev  həbsdəki icra başçısından danışdı: “Xidmətləri çoxdur, böyük işlər görüb“

saytların hazırlanması

Evə çatdırılma

Hafiz Hacıyev həbsdəki icra başçısından danışdı: “Xidmətləri çoxdur, böyük işlər görüb“

Siyasət

18 Fevral 2022 17:12 9693


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Qəhrəman Qəhrəmanov bildirib ki, Neftçala rayonunda bələdiyyə sədri işləyib.

O deyib ki, bu vəzifəyə keçmək üçün V.Hacıyevə 10 min manat rüşvət verib Dördpendirli pizza

Məsələ ilə bağlı Vilyam Hacıyevin əmisi oğlu, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Yenisabah.az-a açıqlamasında bildirib ki, bu mövzu ilə maraqlanmır:

“Vallah, sözün düzü, mən onunla maraqlanmıram. Səhhətimlə bağlı başım qarışıqdır. Allah onun qapısını açsın. Məhkəmə nə qərar çıxaracaqsa, biz nə deyə bilərik ki?!

İndi tutublar onu, cəzası olar həbsdə yatacaq, olmayacaqsa, buraxacaqlar. Allah qapısını açsın. Nə etmək olar?! Onun da xidmətləri çoxdur, o da böyük işlər görüb".

"Bizdə adətdir, çıxandan sonra hərənin ünvanına bir söz deyirlər. Belə şeylərdə bir az diqqətcil olmaq lazımdır. Qismət, nə olacaq, məhkəmədə bilinəcək. Ailəsi ilə də elə bir əlaqəm yoxdur”, - deyə Hafiz Hacıyev vurğulayıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!