Keçmiş Misir prezidentinin oğlu beynəlxalq məhkəmələrdə irəli sürülən korrupsiya ittihamlarına görə özünün və ailə üzvlərinin bəraət aldığını bildirib.
Yenisanbah.az xəbər verir ki, o bunu İsveçrə və Avropa İttifaqı məhkəmələrinin keçən ay ailənin xeyrinə qərar çıxarmasından sonra açıqlayıb.
Hüsnü Mübarəkin oğlu Camal Mübarək 20 dəqiqəlik “Mübarək ailəsinin bütün beynəlxalq məhkəmə proseslərini uğurla başa vurması haqqında bəyanatı” adlı video yayımlayıb. Dördpendirli pizza
O bildirib ki, bu açıqlamanı medianın ailəsinə qarşı korrupsiya ilə bağlı yalan iddialar səsləndirməsi səbəb olub:
“Ailəm belə davamlı böhtan xəbərləri qarşısında daha səssiz qala bilməyəcəyimizə qərar verdi. Ailənin reaksiya vermə vaxtıdır”.
Fevral ayında "Credit Suisse" Camal Mübarək və qardaşı Əlaanın bankda ən azı 197,5 milyon dollar olduğunu açıqlayıb.
Sabiq prezident Hüsnü Mübarək 2020-ci ildə 91 yaşında vəfat edib.
Telegram kanalımız