Mübariz Mənsimov 100 azərbaycanlıya təqaüd verəcək

saytların hazırlanması

Evə çatdırılma

Mübariz Mənsimov 100 azərbaycanlıya təqaüd verəcək

Xalqın səsi

26 Yanvar 2019 19:16 1761


“Palmali Holding” Türkiyə universitetlərində təhsil alan 100 azərbaycanlı tələbəyə təqaüd verməyi nəzərdə tutur.

“Yeni Sabah” xəbər verir ki, bu haqda holdinqin prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov bildirib. O, qeyd edib ki, aşağıdakı kriteriyalara uyğun ilk 100 tələbə bir il boyunca şirkət tərəfindən müəyyənləşdirilən təqaüdü alacaq:

– Bir öncəki təhsil ilini yüksək bal və dərəcələrlə başa vuranlar; pizza sifarişi

– Şəhid ailəsi üzvü olanlar;

– Qarabağ müharibəsi qazilərinin yaxınları;

– Ağır maddi durumda olan ailələrin övladları.

Tələbələrdən bu əsas kriteriyalara uyğun sənədləri pasport və ya şəxsiyyət vəsiqələrinin surəti ilə birlikdə xüsusi komissiyanın emailinə göndərmələri (palegitim@gmail.com) rica olunur.

Gələn həftədən etibarən, sənədlər toplandıqdan sonra araşdırılacaq və fevral ayında şanslı 100 tələbə ilə təqaüd müqaviləsi bağlanacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!