Mübariz Mənsimovdan daha bir möhtəşəm addım – Türkoğlunu müalicə etdirəcək

Mübariz Mənsimovdan daha bir möhtəşəm addım – Türkoğlunu müalicə etdirəcək


Mübariz Məsimov Azərbaycanın bayraqdarı kimi tanınan, Milli Azadlıq Hərəkatının fəallarından olan Elman Türkoğlunun müalicəsini öz üzərinə götürüb. 
“Yeni Sabah” xəbər verir ki, bu barədə M.Məsimov özü bildirib. Elman Türkoğlu səhhətində yaranan problemə görə 5 saylı xəstəxanaya yerləşdirilib. 
Bayraqdar xəstəxanaya yerləşdirildiyi zaman çox ağır vəziyyətdə olub, indi isə səhhətində müəyən dəyişiklik müşahidə olunur. Həkimlər ona mədəaltı vəz və prostat vəzində şiş diaqnozu qoyub. 
Bayraqdar Elmanın adına bank hesabı açılsa da, hələlik həmin hesaba heç kəs tərəfindən köçürmə edilməyib.  Bayraqdar Elman müalicə üçün “Palmali” Şirkətlər qrupunun rəhbəri Mübariz Məsimova müraciət edib və bu müsbət qarşılanıb. 
Cebhe.info


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!