Mübariz Mənsimovdan Gürüstana bəyanat

saytların hazırlanması

Evə çatdırılma

Mübariz Mənsimovdan Gürüstana bəyanat

Rəsmi

26 Mart 2019 00:52 5517


Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində abidə qoyulması ciddi müzakirə mövzusu olaraq qalmaqdadır. Ayrı-ayrı təşkilatlarımız mövzu ilə bağlı etirazlarını bildirməkdədirlər.

Azərbaycanlı iş adamı, “Palmali” şirkətinin prezidenti Mübariz Mənsimov da Gürcüstan hökumətinin məsələyə biganə yanaşmasından narahatdır. Ancaq iş adamı bəyanatla kifayətlənməyərək, konkret addım atmaq niyyətindədir.

Əldə etdiyimiz məlumata görə, illərdir Gürcüstan iqtisadiyyatına fayda verən “Palmali”nin rəhbəri buna cavab olaraq bir sıra addımlar atmağı düşünür. Bu addımlardan biri də şirkətin Potidəki ofisinin bağlanması ola bilər. Etibarlı mənbə bildirir ki, hazırda məsələ şirkətdaxili müzakirəyə çıxarılıb. pizza mizza

“Palmali” şefi Mübariz Mənsimov Gürcüstan hökumətindən bu ermənipərəst addımı ortadan qaldırmağı tələb edib. Əks halda iş adamı Gürcüstandakı fəaliyyətini nəzərdən keçirəcəyini bildirib.

Yenicag.az 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!