Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 15-də Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş ilə görüşüb.
“Yeni Sabah” xəbər verir ki, görüşdə iki ölkə arasındakı dostluq münasibətlərinə toxunan Komitə sədri bu əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində daima bir-birini dəstəkləməsindən məmnunluğunu ifadə edən Mübariz Qurbanlı Mərakeşin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına münasibətdə tutduğu ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Məhəmməd Adil Embarş Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasının artıq bütün dünyanın etiraf etdiyi həqiqət olduğunu vurğulayıb. Səfir İslam həmrəyliyinə nail olunması kimi mühüm missiyanı üzərinə götürən Azərbaycanın bu təşəbbüsünün təqdirəlayiq hal olduğunu və müsəlman aləmində dəstəkləndiyini deyib. Həmçinin M.A.Embarş Dövlət Komitəsinin tabeliyində yaradılan Azərbaycan İlahiyyat İnstitutunun Mərakeşin müvafiq təhsil ocaqları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırıb. Marqarita pizza
Sonda qonağa Dövlət Komitəsinin ingilis və ərəb dillərində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib.
Telegram kanalımız