Bu günədək məscidlərə 200-ə yaxın yeni imam təyin edilib.
Yenisabah.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O xatırladıb ki, din xadimlərinin təyinatını Dini Komitə həyata keçirir: Dominos pizza
"Həmin şəxslərlə bağlı məlumatlar Qafqaz Müsəlmanları İdarəsinə ötürülür. Məscidlərə ali və orta dini təhsili olan şəslərin təyinatı aparılır. Əvvəllər kadr çatışmazlığı səbəbindən məscidlərdə çalışan din xadimlərinin əksəriyyətinin dini təhsili olmayıb. Hazırda dini təhsili olmayan şəxslərim əvəzolunması prosesi gedir. Yenilənmiş kadrların sayı 200-ə yaxınlaşmaqdadır və məscidlərə dini ayinləri yerinə yetirmək üçün qadınlar da təyin edilir".
Telegram kanalımız