Mübariz Qurbanlı vətəndaşları qəbul edib

saytların hazırlanması

Evə çatdırılma

Mübariz Qurbanlı vətəndaşları qəbul edib

Sosial

27 Fevral 2019 19:33 1330


Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürlər.

“Yeni Sabah” xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 27-də Hacıqabulda Şirvan şəhər, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarının sakinlərini qəbul edib.Qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Hacıqabuldakı Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər. Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!