“Dünyada ən son istədiyim şey sizi incitməkdir”.
Yenisabah.az “Haber Global”a istinadla xəbər verir ki, bu sözləri “Memleket” Partiyasının sədri, ötən gün prezidentlik iddiasından vaz keçən Muharrem İnce sosial şəbəkə hesabında paylaşıb.
“Şərəf cəlladları 45 gün ərzində tamamilə reallığa uyğun gəlməyən, uydurma görüntülərlə, hansı qaranlıq dairələrin yaydıqları bəlli olmayan saxta sənədlərlə mənə hücum etdilər. Yalan ardınca yalan, böhtan ardınca böhtan. Bunların heç biri doğru deyil, bunu ən yaxşı mən bilirəm. Buna baxmayaraq, normal insanın onlardan təsirlənməməsi, psixoloji cəhətdən yorulmaması mümkün deyil. Dərdimizi ən yaxın dostlarımıza deyə bilmədik. Çünki ən yaxın dostların şübhəli baxışlarından daha ağrılı bir şey yoxdur. Bunları izləyən, dinləyən və görən bəziləriniz çaşqın ola bilər. Pepperoni pizza
Böyük türk milləti bilsin və əmin olsun ki, Muharrem İnce heç vaxt qul haqqını yeməz. Onun saraydan pul götürdüyünə böhtan atanlar bilsinlər ki, məni almaq üçün pulu çap edən mətbəə hələ icad olunmayıb. Açıqladığımdan başqa heç bir sərvətim yoxdur. Əlimdə olan hər qəpiyin hesabını verməyə həmişə hazıram. Bütün şəkillər montajdır. Onsuz da artıq sübut olunub ki, bunlar montajdır.
Bunu bilmənizi istəyirəm, mənim namizədlikdən geri çəkilməyim bu bədnam kampaniyada yayılan böhtan deyil. Bəzi vicdansızların dediyi kimi, başqa saxta görüntülər də var və ən onlara baş əymirəm. Amma bunlar seçicilərə təsir edib. Bu böhtanları atanlar çox təəssüf ki, öz məqsədlərinə çatdılar və seçiciləri manipulyasiya edərək səslərimizi aşağı dartdılar.
FETÖ və PKK-ya bağlı mənbələrdən bizə edilənlər qarşısında demokrat olduğunu iddia edən bəzi siyasətçilər, bəzi jurnalistlər əllərini ovuşdurub, gizli kef edirdilər. Seçkinin ikinci turuna vəsiqə qazana bilməyəcəyim bəlli oldu. Lakin mən bu qərarı ona görə verdim ki, bu bədnam kampaniya bu ölkənin son qalası olan “Memleket” Partiyasını da baryerin altında buraxmağa doğru gedirdi.
Döyüş sənətində geri çəkilmə də var (yəni güc toplamaq üçün geri çəkilmək). Bu o demək deyil ki, biz müharibədən çəkilmişik və məğlubiyyəti etiraf etmişik. Bu qaranlıq mərkəzlərlə mübarizəmiz ölənə qədər davam edəcək. Müstəqil bir Türkiyə üçün hər cür cəhd edəcəyik. Türkiyə bir gün tapdalansa, bilin ki, biz öldük. Çünki biz ya istiqlal, ya ölüm deyənlərdənik.
İndi mübarizəmiz ölkənin son qalası olan “Memleket” Partiyasının Məclisə girməsi üçün aparırıq. Ümidinizi və imanınızı canlı tutun. Sonda məmləkətini sevənlər qalib gələcək”.
Telegram kanalımız