Müctəba Xamnenini son anda xilas olub –   Səs yazısı yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Müctəba Xamnenini son anda xilas olub – Səs yazısı yayıldı

Hadisə

16 Mart 2026 09:34 1027


İranın ali lideri Əli Xamneinin iqamətgahına edilən hücumla bağlı yeni iddialar ortaya çıxıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə İranWire məlumat yayıb. Nəşrin yazdığına görə, sosial şəbəkələrdə və bəzi media platformalarında yayılan səs yazısında hücum anı və hadisənin detalları müzakirə olunur.

İddia edilən səs yazısında danışan şəxslərdən biri hücum zamanı baş verənləri təsvir edir. Səs yazısında bildirilir ki, zərbə zamanı Xameneinin oğlu Müctəba binanın daxilində olmayıb. Sezar pizza

Hadisədən qısa müddət əvvəl Müctəba Xamenei iqamətgahın həyətinə çıxıb. Məhz bu səbəbdən raket zərbəsi baş verən anda o, binada olmayıb və partlayışdan xilas ola bilib.

Həmin səs yazısında hücum nəticəsində iqamətgahın yuxarı hissəsinə ciddi zərər dəydiyi və kompleksdə güclü partlayış baş verdiyi iddia edilir. Danışan şəxslər partlayış nəticəsində binada olan bəzi şəxslərin öldüyünü və ya yaralandığını da bildirirlər.

IranWire qeyd edir ki, yayılan səs yazısının autentikliyi müstəqil şəkildə tam təsdiqlənməyib. Buna baxmayaraq, materialda hücum zamanı baş verən hadisələrlə bağlı diqqətçəkən detallar yer alır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!