Müdafiə Nazirliyi Şuşa Bəyənnaməsi ilə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi Şuşa Bəyənnaməsi ilə bağlı məlumat yaydı

Siyasət

04 İyun 2022 15:45 1577


Azərbaycan Ordusu Şuşa Bəyannaməsinin tələblərini planlı şəkildə yerinə yetirir.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu məsələ “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalının təşkilində, eləcə də keçirilməsində fəal iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçularını mükafatlandırmasına həsr olunan toplantıda müzakirə edilib. Dördpendirli pizza

İki qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafında dövlət başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığını bildirən müdafiə naziri general-polkovnik Zakir Həsənov 2021-ci il iyunun 5-də imzalanan "Şuşa Bəyannaməsi"nin bu istiqamətdə atılan mühüm addımlardan biri olduğunu diqqətə çatdırıb.

Bəyannamənin tələblərindən irəli gələn fəaliyyətlərin Azərbaycan Ordusunda planlı şəkildə yerinə yetirildiyi qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!