Müdafiə naziri qazaxıstanlı həmkarı ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə naziri qazaxıstanlı həmkarı ilə görüşdü

Siyasət

18 Aprel 2023 18:50 571


Qazaxıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 18-də bu ölkənin müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb.

Müdafiə Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, əvvəlcə Astana şəhərində rəsmi qarşılanma mərasimi təşkil edilib.

Müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq general-polkovnik Z.Həsənov fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. pizza

Sonra Qazaxıstan Resublikasının Müdafiə Nazirliyində görüş keçirilib.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!