Ukraynada müharibəyə son qoymaq üçün siyasi həll yolu tapmağa başlamağın vaxtı çatıb.
Yenisabah.az ANSA-ya istinadla xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Qvido Krosetto bildirib.
"Müharibə 2 ilə yaxındır davam edir və mən hesab edirəm ki, Ukraynaya hərbi müdaxilə və dəstək ilə yanaşı, siyasi həllə aparan yolları izləmək vacibdir", - Krosetto Malborkda yerləşən İtaliya qoşunlarına səfəri zamanı deyib. pizza mizza
“Hərbi cəhətdən əldə edilə bilməyən şeyə, indiyə qədər yer üzündən silinə biləcək Ukraynanı qoruyub saxlamağa və Rusiyanın hücumunu əngəlləyən sərhədi möhkəmləndirməyə çalışmışıq. Bu, Rusiya ilə siyasi-diplomatik cəbhə açmaqla əldə edilə bilər. Dinc danışıqlar yolu ilə. Müharibədən əvvəl mövcud olanlar bərpa olunmalıdır, silahla edilə bilməyənlər isə başqa cür edilməlidir”, - deyə nazir əlavə edib.
Telegram kanalımız